Norman Ozborn | |
---|---|
ing. Norman Osborn | |
| |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi |
Yaşıl qoblin kimi: "The Amazing Spider-Man" #14 (iyul 1964) Norman Ozborn kimi: "The Amazing Spider-Man" #37 (iyun 1966) Dəmir patriot kimi: "Dark Avengers" #1 (mart 2009) Meyson Benks kimi: "Superior Spider Man" #17 (noyabr 2013) Qırmızı qoblin kimi: "The Amazing Spider-Man" #798 (aprel 2018) |
Yaradıcı(lar) |
Sten Li Stiv Ditko |
Xüsusiyyətlər | |
Əsl adı | Norman Vircil Ozborn |
Doğum yeri | |
Cinsiyyəti | insan mutatı |
Boyu | 180 sm |
Çəkisi | 84 kq |
Göz rəngi | yaşıl |
Saç rəngi | qırmızı |
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Üzvlükləri |
Oscorp Məşum altılıq Daily Bugle Qeyri-insani fəaliyyətləri üzrə komissiya Şimşək zərbələri H.A.M.M.E.R. Qara qisasçılar Qara iks-adamlar Qiyamçılar Qoblin milləti |
Düşmənləri | Hörümçək-adam, Doktor Osminoq |
Ləqəbləri | Yaşıl qoblin, Dəmir patriot, Super-Adaptoid, Qoblin kralı, Overlord, Meyson Benks, Qırmızı qoblin |
Gücləri |
Təcrübəli alim
|
Norman Ozborn (ing. Norman Osborn) — Marvel Comics tərəfindən nəşr edilmiş, ABŞ komikslərində görünən uydurma supercinayətkar. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış; ilk dəfə Yaşıl qoblinin orijinal və ən yaxşı bilinən təcəssümü kimi "The Amazing Spider Man" komiksinin 14-cü sayında (iyul 1964) peyda olmuşdur.
Amoral sənaye şirkəti Oscorpun rəhbəri olan Norman ekspremental maddə qəbul edir; həmin maddə onun fiziki və zehni gücünü artırsa da, onda ruhi pozğunluğa səbəb olur. Hörümçək-adamın baş düşməni olan Ozborn superqəhrəman müəyyənləşdirən hekayənin bir hissəsi, eləcə də Herri Ozborn, Qabriel və Sara Steysinin atası, Normi Ozbornun babası, Qven Steysinin qatilidir. Əsas hədəfinin Hörümçək-adam olmasına baxmayaraq, o, Marvel kainatında digər superqəhrəmanlar ilə tez-tez münaqişəyə girir.
Qoblin kimi, o, Hellovin tərzində olan görünüşünü qəbul edir: qoblin kostyumu geyinir, yarasa şəklində olan "Qoblin planeri" sürür, yüksək texnikalı silahlardan, əl qumbarası kimi "Balqabaq bombaları"-ndan istifadə edərək, Nyu-Yorkda iğtişaşlar törədirdi. Ozborn bəzən Doktor Osminoq və Misterio kimi supercinayətkarlarla, bəzən isə Məşum altılıq və Qara qisasçılar kimi komandalarla müttəfiqlik qurur, bu münasibətlər tez-tez qarşısıalınmaz münaqişələrə səbəb olan məqsədlərinə görə pozulur. Son illərdə Ozborn, Dəmir patriot obrazında yeni qəhrəman statusu qazanmışdır.
Personaj müxtəlif cinayətkar siyahılarında yer alıb. Ozborn, Hörümçək-adamın ən böyük düşmənlərindən və bütün zamanların ən böyük komiks cinayətkarlarından biridir. Personajın populyarlığı müxtəlif marçendayz məhsullarında istifadə edilməsi, real-dünya strukturlarından ilhamlanması (park attraksionları kimi), bir sıra mediada istinad edilməsində görünür. Ozborn, Hörümçək-adamın düşməni olaraq canlı-ekşn, animasiya və video-oyun uyğunlaşdırmalarında istifadə edilmişdir. Personajı Uillem Defo 2002-ci ilin istehsalı "Hörümçək-adam" filmində, Kris Kuper isə 2014-cü ilin istehsalı "Heyranedici Hörümçək-adam 2" filmində canlandırıb. Neyl Ross, Alan Reçins, Stiven Blum, Stiven Uber və Coş Kiton, 1981, 1994, 2008, 2012 və 2017-ci illərdə Hörümçək-adam animasiyasında Ozbornu səsləndiriblər.